Dövlət İmtahan Mərkəzi (DİM) və otk.az portalı yeni onlayn sınaq imtahanlarına start verəcək.
AzEdu.az xəbər verir ki, bu barədə Lent.az -a DİM-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, noyabrın 25-dən otk.az portalında qeydiyyatdan keçib aşağıdakı yeni onlayn imtahanlara yazılıb istədiyiniz vaxt imtahan vermək mümkündür:IX sinif buraxılış imtahanı (I və II mərhələ)- IX sinif Rus bölməsi üçün Azərbaycan dili imtahanı
- XI sinif buraxılış imtahanı (qəbul imtahanının I mərhələsi)
- XI sinif Rus bölməsi üçün Azərbaycan dili imtahanı
Qeyd edək ki, buraxılış imtahanları Azərbaycan və rus bölmələri üçün nəzərdə tutulub. İmtahanlar tədris proqramının yanvar ayına kimi olan hissəsini əhatə edir.