Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-15 10:43:00
Uğurlu karyera qurmağın yolları – Proqramçı

Bəzi oxucularımız var ki, İT sahəsində çalışmaq arzusundadır. Amma müvafiq sahə üzrə ali təhsili olmadığı üçün bunu reallaşdıra bilmir.

Ancaq məyus olmağa dəyməz. Çünki müəyyən kurslara getməklə siz proqramçı kimi yetişərək istənilən müəssisədə fəaliyyətə başlaya bilərsiniz. AzEdu.az  bu yazıda, həmçinin orta təhsilli gənclər də “necə karyera qura bilərəm?” suallarına cavab tapa biləcəklər.

Hazırda proqramlaşdırma üzrə təlim keçən bir çox kurslar fəaliyyət göstərir

Burda siz C# dili, alqoritmləşdirmə, Consol rejimdə Proqramlaşdırma, NET texnologiyası, proqramın düzgün üslubda yazılma prinsipləri, SQL dili, VB-lə işləyən proqramların layihələndirilməsi və hazırlanması, GDİ, Open GL, COM texnologiyaları kimi biliklərə yiyələnəcəksiz. 

İlk baxışda bu terminlər sizə çətin görünə bilinər 

Proqramlaşdırma təhsili almaq üçün riyaziyyatçı və ya mühəndis olmanız vacib deyil. Tədris proqramına qatılanların gələcəkdə mütəxəssis proqramçı kimi yetişməsi üçün əsasən istəkli olması lazımdır. İngilis dili və veb proqramlaşdırma barəsindəki baza bilik çatışmazlığı da təhsilin ilk aylarında aradan qaldırılır.

Kursların qiyməti orta hesabla qrup olaraq 150 manat, fərdi olaraq 300 manat məbləğindədir. 

Bu kursları müvəffəqiyyətlə bitirərək dövlət qurumlarının, böyük şirkətlərinin İT və proqramlaşdırma bölmələrində, həmçinin kiçik və orta müəssisələrin İT və proqramlaşdırma bölmələrində, proqram təminatı hazırlayan şirkətlərdə, o cümlədən Microsoft-un partnyor şirkətlərində, tədris qurumlarında çalışa bilərsiniz.(Ted.az)