Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-09 11:21:00
Üçrəngli bayrağımızın əks olunduğu Cümhuriyyət fotoları - Tarixi rəsmlər
1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası milli bayraq haqqında qərar verib. Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin imzaladığı həmin qərarda deyilir: "Milli bayraq kimi yaşıl, qırmızı, mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq qəbul edilsin”.
 
Azərbaycan Xalq Cümhuriyyətinin Rəyasət Heyətinin sədri Məhəmməd Əmin Rəsulzadə 1918-ci ildə Azərbaycan parlamentinin yığıncağında deyib: “Bizim qaldırdığımız bayrağın üç rəngi: türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvoludur".
AzEdu.az bu gün münasibətilə Azərbaycan Cümhuriyyəti dövrünə aid bir neçə vacib fotoları təqdim edir. Həmin fotolarda üçrəngli bayrağımız  da əks olunub:
 
1 - Azərbaycan Cümhuriyyətinin zabitləri və əsgərləri Dövlət Bayrağı fonunda. O zaman fotodakıların hər biri bu bayraq üstündə canından keçməyə hazır idilər. Fotodan da görünür;
 
 
2 - Azərbaycan Cümhuriyyəti Parlamentinin birinci iclası. Azərbaycanın üçrəngli bayrağı parlamentdə 7 dekabr 1918-ci il;
 
 
3 - Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyətinin iştirakı. 1919-cu il. Arxa planda Azərbaycan Cümhuriyyətinin üçrəngli bayrağı;
 
 
4 -1919- cu ildə Azərbaycan Cümhuriyyətinin poçt markası;
 
 
5 - Məhəmmədəmin Rəsulzadənin mühacirətdə xanımı Vanda ( Leyla ) xanım ilə tikdiyi Azərbaycan bayrağı .Hal -hazırda Milli Azərbaycan Tarix müzeyində saxlanır.