Azedu.az

Peşə təhsil müəssisələrində təlimlər davam edir

Peşə Təhsili

24 Oktyabr 2019, 09:52
Peşə təhsil müəssisələrində təlimlər davam edir

Peşə təhsil müəssisələrinin mühəndis–pedaqoji heyətinin kvalifikasiyasının artırılması istiqamətində təlimlər davam edir.

AzEdu.az xəbər verir ki, 2019-2020-ci tədris ili üçün Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında peşə təhsil sahəsində əməkdaşlığa əsasən 15 müxtəlif istiqamət üzrə peşə təhsil müəssisələrinin 49 nəfər mühəndis-pedaqoji heyəti üçün Türkiyə Respublikasının İstanbul, Ankara və İzmir şəhərlərində təlimlərin keçirilməsi nəzərdə tutulub.

Təlimlərin 2-12 həftə müddətində, liderlik, turizm, inşaat, dərzi, dizayn, incəsənət, avtomobil, kənd təsərrüfatı, elektrik, zərgərlik istiqamətləri üzrə həyata keçirilməsi planlaşdırılıb.

Hal- hazırda sözügedən təlimlər İzmir və İstanbulda avtomobil, elektrik, incəsənət, inşaat, mebel, kənd təsərrüfatı istiqamətləri üzrə davam edir. Təlim zamanı müəllimlər kənd təsərrüfatı üzrə meyvə- tərəvəz sahəsindəki aqrotexniki, incəsənət istiqaməti üzrə isə müxtəlif çəkiliş studiyalarında praktiki işlərlə yaxından tanış olublar.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox