Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-21 15:00:00
"Şparqalka"dan istifadə və köçürmənin qarşısı belə alındı - Müəllimdən qəribə üsul (VİDEO)

Şagirdlərin köçürmə hallarının qarşısını almaq üçün hindistanlı müəllim qəribə üsula əl atıb. 

AEdu.az  xarici KİV-ə istinadən xəbər verir ki, müəllim imtahanlarda "şparqalka"dan istifadə və ya yanında oturan sinif yoldaşlarından köçürmələrə kartonla mane olmaq fikrinə düşüb. 

Hadisənin dünya mətbuatında böyük əks-səda oyandırmasından  sonra məktəb direktoru "Təcrübə etdik. Şagirdlər də bu təcrübəyə qatılmağı qəbul etdi" deyərək özlərini müdafiəyə başlayıb. 

Şagirdlərin sualları görə bilmələri üçün başlarındakı karton qutularda boşluqların buraxıldığı deyilib. 

Ötən illərdə Hindistanda 300 adamın həbs olunmasına səbəb olan kopya çoxluğu, bütün dünyada əks-sədaya sbəb olmuşdu.  10-cu sinif buraxılış imtahanında sual və cavabları pəncərədən verən valideynlərin fotoları sosial şəbəkədə müzakirəyə səbəb olmuşdu. 

 

"Şparqalka"dan istifadə və köçürmənin qarşısı belə alındı- Müəllimdən qəribə üsul (VİDEO)

"Şparqalka"dan istifadə və köçürmənin qarşısı belə alındı- Müəllimdən qəribə üsul (VİDEO)