Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-16 14:32:00
Tam təqaüdlə təhsil ala biləcəyiniz  xarici universitetlər - Siyahı  

Hər il kifayət qədər gənclərimiz təhsil almaq üçün xarici ölkələri hədəf seçirlər. Əgər əvvəllər tələbələr dövlət xətti ilə xaricə təhsil almağa gedə bilirdilərsə, indi öz hesabına və ya təqaüd proqramları vasitəsilə xarici ölkələrə üz tutanları müşahidə edirik.

AzEdu.az budəfəki yazısında tam təqaüdlə təhsil ala biləcəyiniz  xarici universitetlərin siyahısını təqdim edir:

 Böyük Britaniyanın  Kembriç Universiteti əcnəbi tələbələr üçün sərfəli şərait yaradıb. Bu universitet əcnəbi tələbələr üçün tam təqaüd proqramı təklif edir. Xatırladaq ki, Kembriç Universitetinin əsası 1209-cu ildə qoyulub.  Bu universitet dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən biridir. Kembriç Universitetində təqaüdlə təhsil almaq istəyənlər aşağıda göstərilən linkə daxil olmaqla ətraflı məlumata malik ola bilərlər:

https://www.gatescambridge.org/apply-overview

Əcnəbi tələbələr təhsil imkanı yaradan ölkələrdən biri də Hollandiyadır. Hollandiyada təqaüdlə təhsil almaq istəyənlər “Holland Government Scholarship” proqramından yararlana bilərlər. Təqaüd proqramı haqqında ətraflı məlumata sahib olmaq üçün aşağıda göstərilən linkə daxil ola bilərsiniz.

 https://www.studyinholland.nl/finances/scholarships/highlighted-scholarships/holland-

Xaricdə tam təqaüdlə oxumaq istəyənlər Qətər Universitetində təhsil ala bilərlər. Xatırladaq ki, Qətər Universitetinin əsası 1973-cü ildə qurulub.   Bu universitetdə təhsil alanlar daha çox qızlardır. Qətər Universitetinin əcnəbi tələbələr üçün elan etdiyi təqaüd proqramına son müraciət tarixi 5 noyabrdır. Təqaüd proqramı haqqında ətraflı məlumata sahib olmaq istəyənlər aşağıda göstərilən linkə daxil ola bilərlər:

http://www.qu.edu.qa/students/admission/scholarships

Böyük Britaniyada təhsil almaq istəyənlər “Chevening” təqaüd proqramından yararlana bilərlər. “Chevening” gələcək liderlərin Böyük Britaniyada təhsil almaq üçün unikal imkanlar təklif edən Böyük Britaniya hökumətinin qlobal təqaüd proqramıdır. Çivninq təqaüd proqramına müraciət onlayndır. Bu  təqaüd proramına son müraciət tarixi  5 noyabr 2019-cu ildir. Çivninq proqramına müraciət üçün aşağıda qeyd edilən linkə daxil ola bilərsiniz: www.chevening.org/apply

Xarici universitetlərdə tam təqaüdlə magistr səviyyəsində təhsil almaq istəyənlər “Commonwealth Master’s scholarships” proqramından yararlana bilərlər. Bu proqram haqqında ətraflı məlumata malik olmaq istəyənlər aşağıda göstərilən linkə daxil ola bilərlər:

http://cscuk.dfid.gov.uk/apply/masters-scholarships/

Günel Yaşarqızı
Müəllifin digər yazıları