Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-05 13:15:00
Ən aşağı müsabiqə vəziyyəti bu kolleclərdə yaranıb - RƏSMİ

2018-ci ildə kolleclər arasında ən aşağı müsabiqə vəziyyəti Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci, Sumqayıt Musiqi Kolleci, Ağdam Musiqi Kolleci və Bakı Xoreqrafiya Akademiyasının orta ixtisas təhsili pilləsində yaranıb. Bu təhsil müəssisələrində 1 plan yerinə 1-dən az ərizə verilib.

AzEdu.az xəbər verir ki, bu barədə “Abituriyent” jurnalının 12-ci sayında bildirilib.

Orta ixtisas təhsili müəssisələri arasında daha yüksək müsabiqə vəziyyəti isə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci və Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecində yaranıb.

Bu təhsil müəssisələrinin orta hesabla bir plan yerinə təqdim edilən ərizələrin sayı 3.5- dən çox olub.