Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-05 20:25:00
Təhsil işçiləri ağacəkmə aksiyasında - Fotolar

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

AzEDU.az xəbər verir ki, aksiyada Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri və əməkdaşları, məktəb direktorları, direktor müavinləri iştirak ediblər.

Aksiya Ramana qalasının ətəyindəki yaşıllıq sahəsində təşkil olunub.

BŞTİ-nin müdiri M. Vəliyeva ənənə halını alan bu cür tədbirlərin keçirilməsini yüksək dəyərləndirib: “Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ictimai həyatın digər sahələri ilə yanaşı, ekoloji mühitin mühafizəsinə, yeni yaşıllıq sahələrinin salınmasına xüsusi diqqət yetirib”.

BŞTİ tərəfindən aksiya zamanı müxtəlif növdə mindən çox ağac əkilib. BŞTİ-nin yeni yaradılan təsərrüfat qrupları yaşıllıq zolağı salınan ərazinin hazırlanmasında və ağacəkmə aksiyasının təşkil olunmasında yaxından iştirak edib.