
Qafqazın ən böyük təhsil Facebook səhifəsi olan "Azərbaycan Universitetleri" səhifəsi tərəfindən keçirilən "2017-2018-ci tədris ilinin ən yaxşı rektoru" sosial tələbə sorğusu yekunlaşdı.
AzEdu.az xəbər verir ki, ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov tələbələrin 81%-nin səsini toplayaraq 4-cü dəfə ən yaxşı rektor seçildi.
Təhsil müəssisəsinin mətbuat xidmətindən bildirilib ki, İbrahim Cəfərov son illərdə gördüyü işlərlə təkcə ADAU tələbələrinin deyil, ölkənin bütün tələbələrinin rəğbətini qazanıb. Sosial məsələlərin həlli, müəllim tələbə münasibətinin səmimiliyi, şəffaflıq, həyata keçirilən islahatlar bu gün tələbənin təhsil və tədqiqat imkanlarını çox genişləndirib. Dövlətin dəstəyi ilə həyata keçirilən böyük layihələr əslində aqrar kadr hazırlığına ən böyük töhfədir. Təbii ki, bu imkanlara malik tələbə də ona yaradılan şəraiti- İbrahim Cəfərovu dəstəklədi.
kitabı







