Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-04 16:33:00
Alimlər su böcəyinə məşhur aktyorun adını verdilər - FOTO

Malayziyada alimlər tərəfindən kəşf edilən su böcəyinin adı DiKaprionun şərəfinə adlandırılıb.

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, “Grouvellinus leonardodicaprio" adlandırılan böcək Malayziyada bir şəlalənin yanında tapılıb.

Bu kiçik qara böcək “Leotle”, təxminən 3mm-lik ölçüdədir və sərt künclərə sahibdir. “Leotle” tapıldıqda bir buynuzu və bir ön qıçı əskik olub. Araşdırma Filipində yerləşən Ateneo də Manila Universiteti və Hollandiyalı təşkilat qrupu tərəfindən aparılıb.

Təşkilatçı qrupların mediaya açıqlaması zamanı aydın olub ki, böcəyin DiKaprionun şərəfinə adlandırılması “Leonardo DiKaprio Fondu”-nun 20-ci ildönümü həsr edilib.

Məlumata əsasən, Leonardo DiKaprio Fondu 2010-cu ildən etibarən "yüksək təsirli layihələr" üçün 80 milyon dollar vəsait ayırıb. DiKaprio 2016-cı ildə təşkil olunan Akademi Award –da  çıxışı zamanı ətraf mühitin qorunmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, DiKaprio Facebook hesabında profil şəklinə adının verildiyi su böcəyinin şəklini yerləşdirib.