Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-19 17:22:03
Direktor öz vəzifəsindən əlavə neçə saat dərs deyə bilər? - RƏSMİ  

Sentyabrın 17-dən etibarən dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin növbəti rayonlardan olan namizədlər üçün müsahibə mərhələsi başlanıb.

Bu mərhələdə Sabirabad, Masallı, Qobustan, Göyçay, Şəki və İsmayıllı rayonları üzrə direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində müvafiq keçid balını toplamış 85 namizədin iştirakı nəzərdə tutulub.

Son zamanlar müzakirə olunan məqamlardan biri də direktorların dərs deməsi ilə bağlıdır.

AzEdu.az xəbər verir ki, bütün tipdən olan ümumtəhsil məktəblərinin, lisey və gimnaziyaların, peşə məktəbi və peşə liseylərinin direktorları, onların müavinləri əsas iş üzrə tam vəzifə maaşı almaqla yanaşı, ixtisaslarına uyğun olaraq dərs ilinin əvvəlində tarifləşmə siyahısına salınmaqla həftədə 12 saata qədər dərs apara bilərlər. Bu, ildə 480 saat dərs deməkdir.

Bəzi hallarda onlar əsas iş üzrə müvafiq qaydalar əsasında tam vəzifə maaşı almaqla yanaşı 18 saata qədər dərs də apara bilərlər.

Bundan əlavə müvafiq ixtisas fənni üzrə müəllim çatışmadıqda və ya digər zəruri ehtiyac yarandığı hallarda təhsil müəssisəsinin tabe olduğu yuxarı təşkilatın razılığı ilə əmək haqqı saathesabı ödənilməklə həftədə 6 saata (tədris ili ərzində 240 saata qədər) də dərs apara bilərlər

Qeyd edək ki, direktorların işə qəbulu üçün növbəti rayonlar üzrə müsahibələr sentyabrın 21-dək davam edəcək.

Müsahibə nəticələri və növbəti müsahibələrin keçiriləcəyi tarixlər barədə namizədlərə məlumat veriləcək.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları