Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-19 14:00:00
Universitetlərə qəbulolma faizi artıb - Planı tam dolduranlar  

Ali təhsil müəssisələrinə qəbulun I mərhələsindən sonra universitetlərə 42.062 nəfər (o cümlədən 3542 subbakalavr) qəbul olunub.

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər.

Məlumatda qeyd edilir ki, ilk mərhələdən sonra qəbulolma faizi 88.06 olub. Boş qalan plan yerlərinə isə 1359 nəfər (o cümlədən 1232 nəfər subbakalavr) qəbul olunub.

Nəticədə ali təhsil müəssisələrinə qəbulolma faizi artaraq  91.03 olub.

Qeyd edək ki, 2019-cu ildə tələbə qəbulu aparılan 42 ali təhsil müəssisəsinin 7-də plan yerləri 100 %, 20 ali təhsil müəssisəsində 90%-dən, 9 ali təhsil müəssisəsində 80%-dən çox dolub.  

ADA Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Bakı Ali Neft Məktəbi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası, Azərbaycan İlahiyyat İnstitutu, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında plan yerləri 100% dolub.

Azərbaycan Dövlət Pedaqoji Universiteti, UNEC, Azərbaycan Tibb Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Turizim və Menecment Universiteti və Gəncə Dövlət Universitetində plan yerlərinin 95%-dən çoxu dolub.

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları