Azedu.az

Azərbaycanda 61 məktəbə təyin olunan yeni direktorlar vəzifəsinin icrasına başlayıblar

Xəbərlər

13 Sentyabr 2019, 09:38
Azərbaycanda 61 məktəbə təyin olunan yeni direktorlar vəzifəsinin icrasına başlayıblar

Azərbaycanda 61 məktəbə təyin olunan yeni direktorlar vəzifəsinin icrasına başlayıblar.

AzEdu.az xəbər verir ki, həmin direktorlar 2018-ci ildə elan edilmiş dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin növbəti yerləşdirmə mərhələsinin və Apelyasiya Komissiyasının qərarına əsasən, şikayəti təmin olunan şəxslərdir. 

Qeyd edək ki, “Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul və çalışmanın yaş həddinə çatmış direktorlarla əmək münasibətlərinin tənzimlənməsi Qaydaları”na uyğun olaraq, 2018-ci ilin noyabr ayında elan edilən müsabiqənin nəticəsinə əsasən, ümumilikdə 246 nəfər ümumi təhsil müəssisəsinin direktoru vəzifəsinə təyin edilib.

(Report.az)

Türkiyədən Bakıya ŞOK "ATƏŞ" - Hücumla bağlı gizli detallar
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox