Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-11 15:06:00
Azərbaycanın 2 universiteti Ural Federal Universiteti ilə əməkdaşlıq edəcək  

Azərbaycanın iki ali təhsil ocağı ilə Rusiyanın Ural Federal Universiteti (UFU) arasında əməkdaşlıq sazişi imzalanıb.

AzEdu.az xəbər verir ki, Bakı Dövlət Universiteti (BDU) ilə UFU-nun əməkdaşlığına dair sənədi BDU-nun rektoru Elçin Babayev və Ural Federal Universitetinin rektoru Viktor Kokşarov imzalayıb. Azərbaycan Dövlət Dillər Universiteti ilə Ural Federal Universiteti arasında sazişi isə hər iki universitetin rektorları Kamal Abdulla və V.Kokşarov imzalayıblar.