Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-03 22:22:00
Uşak Universitetinin azərbaycanlı tələbəsindən maraqlı və önəmli layihə    

Uşak Universitetinin İctimai əlaqələr və reklam işi üzrə azərbaycanlı tələbəsi Amal Əhədli türkiyəli tələbə Burcu Qəhrəman ilə birlikdə “Edirəm və öyrənirəm” devizi altında sosial layihə həyata keçiriblər. 

AzEdu.az-ın  məlumatına görə, layihə çərçivəsində Uşak Məmməd Əmin Xoşgör adına orta məktəbinin 7-ci sinif şagirdlərindən ibarət qrupun üzvləri istifadə olunan mallardan təkrar istifadə edərək, musiqi alətləri hazırlayıblar və 23 aprel uşaq bayramı üçün bayramı şənliyi keçiriblər. 

Layihənin məqsədi uşaqlara istifadə olunan malların təkrar emalının göstərilməsi, onlardan müxtəlif ləvazimatların hazırlamasının öyrədilməsi və uşaqların əl qabiliyyətlərinin inkişaf etdirilməsidir.

Uşaqlar hazırladıqları musiqi alətləri ilə muxtəlif musiqiləri ifa edərək, konsert veriblər.

Layihənin rəhbəri Amal Əhədli Türkiyədə təhsil alan bir azərbaycanlı tələbə kimi, Azərbaycan və Türkiyə arasında olan qardaşlıqdan bəhs edərək, uşaqlara Azərbaycan haqqında məlumat verib.

 Tədbirin sonunda layihə rəhbərləri Amal Əhədli və Burcu Qəhrəman məktəbin müəllimələri Nərmin Ülküdaşa və Aylin Qaraya göstərdikləri yardımlara görə öz dərin minnətdarlıqlarını bildiriblər.