https://www.zirve.edu.az/
06.09.2019 11:07
Buraxılış imtahanına başqa şəxsin daxil olmasının qarşısı bu cür alınacaq
Çap et

Buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən şagirdlər üçün sentyabrın 8-də əlavə imtahan keçiriləcək.

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib.

Bəzi imtahan binalarına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyətini dəqiqləşdirmək məqsədi ilə “Face Recognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunacaq.

Bu texnologiyanın tətbiq edilməsində əsas məqsəd abituriyentlərin imtahan binasına buraxılış rejimini daha surətli həyata keçirmək və qeydiyyatdan keçmiş abituriyentlərin əvəzinə başqa bir şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır.

Xatırladaq ki, Bakı və Gəncə şəhərlərində təşkil olunacaq.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları