Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-17 12:01:00
Dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsi davam edir

2019-2020-ci tədris ilinə ölkənin dövlət ümumi təhsil müəssisələrinin I sinifləri üçün yeni hazırlanmış, IV və VIII sinifləri üçün isə təkmilləşdirilmiş dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsi prosesi davam edir.

AzEdu.az xəbər verir ki, cari ilin aprelindən başlayan proses avqust ayının sonlarına qədər davam edəcək. Hazırda ən çox baxış sayının I sinif “Azərbaycan dili (tədris dili)” fənni üzrə dərslik layihəsinə aid olduğu müşahidə edilir.

Dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsində iştirak etmək istəyənlər www.trims.edu.az saytından istənilən layihəni oxuya, eyni zamanda xüsusi ayrılmış sahədə irad və təklifləri yazaraq prosesə öz töhfələrini verə bilərlər.

Qeyd edək ki, ictimai müzakirədə olan dərsliklərlə bu link vasitəsilə tanış ola bilərsiniz.