Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-02 00:29:04
Abituriyentlər onlayn sınaq imtahanı verə biləcəklər

Abituriyentlər üçün ilk dəfə olaraq elektron sınaq imtahan sistemi yaradılıb. Bu sistəm vasitəsiylə, onlar günün istənilən vaxtı onlayn qaydada sınaq imtahanı verə bilərlər.

AzEDU.az xəbər verir ki, bunun üçün abituriyentlər 3 manat ödəniş etməlidir. 

Abituriyetlər onlayn sınaq imtahanı verə biləcəklər.

Dövlət İmtahan Mərkəzi 2013-2017-ci illər ərzində qəbul və sınaq imtahanlarında istifadə olunmuş test kitabçaları üzrə onlayn sınaq imtahanlarının təşkilinə başlayıb.

Bu imtahanlar üçün abituriyentlər 3 manat ödəməklə yanaşı otk.az portalında müəyyən prosedurları yerinə yetirməlidir.

Ödənişin həyata keçirən abituryentlər qeyd edilən illərin qəbul və sınaq imtahanlarında istifadə olunan sual kitabçasını seçib sınaq imtahanına başlaya bilərlər.Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə deyir ki, 3 saat davam edən onlayn sınaq imtahanlarında istifadə olan test tapşırıqlarının modeli builki qəbul imtahanlarına tam uyğundur.

Abituriyentlərin, onlayn imtahan başa çatan kimi nəticələri əldə etmək, yenidən test tapşırıqlarına baxmaq, onları təhlil etmək, öz cavabları ilə düzgün cavabları müqayisə etmək imkanı var.