Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-01 12:32:00
Dünyanın ilk üzən atom elektrik stansiyası ilk dəfə yola düşdü

Peterburqdan yola çıxan “Akademik Lomonosov” adlı üzən atom elektrik stansiyası Murmanska doğru hərəkət edir.

AzEDU.az ölkə.az-a istinadən xəbər verir ki, gəmi burada yoxlanılacaq.

Rusiyanın bu gəmisi dünyanın ilk üzən atom elektrik stansiyasıdır. Gəmiyə məşhur riyaziyyatçı və alim Lomonosovun adı verilib. Gəminin uzunluğu 144, eni isə 30 metrdir. 21.500 ton ağırlığı olan gəminin 69 nəfərlik ekipajı var.

Gəmi Severodvisk və Sevmaş qəsəbələrini elektrik enerjisi ilə təmin edəcək. Yola çıxan gəmi Murmanskda ilk dəfə nüvə yanacağı alacaq.