Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzinin məzunlarına diplom verilib.
Peşə Tədris Mərkəzindən AzEdu.az-a bildirilib ki, 2018-2019-cu tədris ilində təhsil müəssisəsini 12 qrup üzrə 208 tələbə bitirib. Tələbələrə diplomları təqdim edən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Fikrət Nəbiyev onlara öz tövsiyələrini verib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.