Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-30 22:59:00
Harvard alimləri erkən ölümdən çıxış yollarını tapdılar

ABŞ-ın Harvard universitetinin tibb məktəbinin alimləri belə bir nəticəyə gəlib ki, bitki məhsulları ilə zəngin pəhriz insanın erkən ölüm riskini 30 faiz azaldır.

 AzEdu.az  xəbər verir ki, tədqiqatın nəticələri Vatikanda keçirilən “Unite to Cure” adlı beynəlxalq səhiyyə konfransında təqdim olunub.

 Alimlərin hesablamalarına görə, dünyada hər il orta hesabla 30 milyona yaxın insan qeyri-sağlam həyat tərzi, o cümlədən, siqaret çəkmə, piylənmə və pis qidalanma ilə əlaqədar dünyasını dəyişir.

 Tədqiqatçılar əmin edir ki, qidalanma rasionunu dəyişməklə bu erkən ölüm hallarının üçdə bir hissəsinin qarşısını almaq olar. Bunun üçün insanın tam  vegetarian olması tələb olunmasa da, gündəlik rasionda bitki tərkibli qidaların miqdarı artırılmalıdır.

 Başqa bir tədqiqatçı qrupun apardığı araşdırmaya əsasən, zəngin bitki tərkibli pəhriz təkcə iki həftə ərzində orqanizmdə xolesterin səviyyəsini 35 faiz ixtisar edir.