![](https://azedu.az/uploads/news/2018/04/veb of science.jpg)
2017-ci ildə “Web of Science” elmi bazasında Azərbaycan üzrə 1118 elmi tədqiqat işi qeydə alınıb. Bu, son 25 ildə Azərbaycan üzrə publikasiya sayının rekord həddi deməkdir.
Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, ötən il Azərbaycan “Web of Science” elmi bazasında nəşr aktivliyinin son 3 il üzrə artım dinamikasına görə regionda birinci yerə çıxıb. 2017-ci ildə respublika üzrə ümumi publikasiya çəkisinin təxminən 43 faizi məhz ali təhsil müəssisələrinin payına düşüb.
2013-cü ildə AMEA-nın ümumi nəşrlərinin sayı ali təhsil müəssisələrinin ümumi nəşrlərinin sayını 2 dəfədən çox üstələyirdisə, 2017-ci ilin ötən dövründə bu sayda ciddi yaxınlaşma müşahidə olunur.
Qeyd edək ki, Təhsil Nazirliyi ilə “Thomson Reuters” şirkəti (“Clarivate Analytics”) arasında 22 dekabr 2015-ci ildə əməkdaşlıq haqqında müqavilə imzalanıb, ölkəmizin elm və təhsil müəssisələrinin dünyanın aparıcı elmimetrik bazası olan “Web of Science”-ə çıxışı, yerli alim və tədqiqatçıların əzmi və zəhməti nəticəsində elmi məhsuldarlıq nəzərəçarpacaq dərəcədə artıb, elmi tədqiqat işlərinin effektivliyi xeyli yüksəlib.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)