Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-30 14:41:15
Ötən il Azərbaycanda rekord sayda elmi nəşr qeydə alınıb

 

2017-ci ildə “Web of Science” elmi bazasında Azərbaycan üzrə 1118 elmi tədqiqat işi qeydə alınıb. Bu, son 25 ildə Azərbaycan üzrə publikasiya  sayının rekord həddi deməkdir.

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, ötən il Azərbaycan “Web of Science” elmi bazasında nəşr aktivliyinin son 3 il üzrə artım dinamikasına görə regionda birinci yerə çıxıb.  2017-ci ildə respublika üzrə ümumi publikasiya çəkisinin təxminən 43 faizi məhz ali  təhsil müəssisələrinin payına düşüb.

2013-cü ildə AMEA-nın ümumi nəşrlərinin sayı ali təhsil müəssisələrinin ümumi nəşrlərinin sayını 2 dəfədən çox üstələyirdisə, 2017-ci ilin ötən dövründə bu sayda ciddi yaxınlaşma müşahidə olunur.

Qeyd edək ki, Təhsil Nazirliyi ilə “Thomson Reuters” şirkəti (“Clarivate Analytics”) arasında 22 dekabr 2015-ci ildə əməkdaşlıq haqqında müqavilə imzalanıb, ölkəmizin elm və təhsil müəssisələrinin dünyanın aparıcı elmimetrik bazası olan “Web of Science”-ə çıxışı, yerli alim və tədqiqatçıların əzmi və zəhməti nəticəsində elmi məhsuldarlıq nəzərəçarpacaq dərəcədə artıb, elmi tədqiqat işlərinin effektivliyi xeyli yüksəlib.