https://www.zirve.edu.az/
29.04.2018 13:34
Dünya elminə yeniliklər gətirən Azərbaycan riyaziyyatçıları

 AzEdu.az riyaziyyat sahəsində öz yaratdıqları  nəzəriyyə, kəşfl və əsərləri ilə dünya elminə yeniliklər gətirən azərbaycanlı riyaziyyatçıları təqdim edir.

Qeyd edək ki, təqdim etdiyimiz alimlər bu siyahının yalnız bir hissəsidir:


Zahid Xəlilov  - Avropada uzun müddət bu alimimin funksional analizlə bağlı yazdığı monoqrafiyadan istifadə olunub.  Funksional analiz, onun inteqral və diferensial tənliklərə tətbiqi, bütöv mühit mexanikası, avtomatik idarəetmə sisteminin riyazi nəzəriyyəsi bu gün də bir çox ölkələrdə tətbiq olunur. Azərbaycanda funksional analiz məktəbinin əsasını qoyan alim Banax fəzasında öz-özünə qoşma olmayan operatorun spektrini də  tədqiq edib.

 
Məcid Rəsulov - Riyaziyyatçı alim dəqiq elmlərin 4 istiqamətində fəaliyyət göstərib. Xüsusi törəməli diferensial tənliklər nəzəriyyəsi isə bu gün də öz aktuallığını qoruyub saxlamaqdadır;  

 
Mirabbas Qasımov - SSRİ miqyasında 100-dən artıq elmi işi nəşr olunan alim  “Funksional analiz və onun əlavələri”  və “Diferensial operatorların spektral nəzəriyyəsi”  ilə bu gün də dünya elmində öyrənilən alimlər sırasındadır; 

 
Rafiq Əliyev - Hazırda həyatda olan Azərbaycan alimləri içərisində dünyada ən tanınmışıdır. Onun ali riyaziyyat , süni intellekt, kibernetika, sinergetika elmləri sahəsində apardığı fundamental araşdırmalar modern dünya təfəkkürünün formalaşmasında əsaslı rol oynayıb. Onun dünya çaplı kəşflərindən bir qisminin adını çəkirik:

- AL11, AL12 və AL13 qeyri-səlis məntiqlərinin yaradılması

- Qeyri-səlis modellərin adekvatlıq şərtlərinin formalaşdırılması

- Qeyri-səlis intellektual robotların nəzəriyyəsi və qurulma prinsiplərinin işlənməsi

 - ESPLAN da daxil olmaqla qeyri-səlis ekspert sistemlərin işlənməsi

 Alimin sonuncu iki nəzəriyyəsi ”“ Dayanıqlılıq və Qərarqəbuletmə nəzəriyyələri modern elmi hadisələrdən sayılır. Həmin nəzəriyyələr bu gün Amerika və Avropa universitetlərində tədqiq olunur

 
Məsud Əfəndiyev - Antik dövrdə Aristotelin fəlsəfənin tərkibindən ayırıb müstəqil sahəyə çevirdiyi ayrı-ayrı elmlər XXI əsrin intellektual inqilabında yenidən inteqrassiya olunmaq çağını yaşayır. Bir elm o biri elmlərlə birləşərək müstəqil bir nəzəriyyəni, hətta elm sahəsini əmələ gətirir ki, bunlardan da biri  “biomesmetics” (biologiya və riyaziyyat elmlərinin qarşılıqlı şəkildə əlaqəsi zamanı yaranan xüsusi səhə-red.) sahəsidir. Məsud Əfəndiyev də dünyada bu istiqamətdə çalışan ən aktiv və ən tanınmış adamlardan biridir.  Amerikada beynəlxalq “İnternational Journal Biomathematies and Biostatisics” jurnalınnı redaktoru olan Əfəndiyev riyaziyyatın biologiya, ekologiya tibb sahəsində tətbiqi ilə məşğul olur. Alim həmin müsahibəsində bu fakta da toxunur:

“Bu sahədə problemlər bəşəriyyətin gələcəyini təhdid edir və buna görə də onların həlli yolları tapılmalıdır. Son 10-15 ildə güclü mikroskopların köməyi ilə insan sağlamlığı üçün təhlükə törədən bakteriyaların özlərinə koloniya qurduğu, insanlar kimi cəmiyyət yaratdığı müəyyən olunub. Bu, elmdə biofilm adlandırılır. Həmin biofilmlər onlara xarici təsiri azaltmaq üçün özlərinə, bir növ, qala qururlar. Antibiotiklər ayrı-ayrı bakteriyalara dərhal təsir etdikləri halda biofilmlərə o qədər də təsir edə bilmir. Diffuziv təsir nəticəsində koloniyaların yalnız üz təbəqəsi məhv edilir, alt qatda olan bakteriyalar isə müəyyən vaxtdan sonra yenidən hərəkətə başlayırlar. Riyazi modellər ən müxtəlif təsirlər nəticəsində bakteriyaların artım dinamikası, ətraf mühitin, antibiotiklərin onlara təsiri və s. kimi çoxlu sayda amillər nəzərə alınmaqla qurulur və bakteriyalara qarşı optimal mübarizə yollarının tapılmasına kömək edir. Mənim bu barədə bir çox məqalələrim dərc olunub”.