Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-29 12:25:58
Mobil telefonlar şagirdləri necə məhv edir?- Vəziyyət getdikcə pisləşir

Türkiyədə orta məktəb şagirdləri arasında aparılan araşdırmaya əsasən, 1 387 uşaqdan 55,5 %-i  10-11 yaşlarındaykən mobil telefon sahibi olurlar.

18%-i isə mobil telefonu daha tez, 9 yaşında əldə edirlər.

AzEdu.az-ın  Türkiyə mediasına istinadən verdiyi məlumata görə, bu məsələdə statistik yaş həddi sürətlə azalmaqdadır. Həmçinin, problemlə bağlı qoyulan məhdudiyyət və qadağaların kifayət etmədiyi, alternativ həll yollarının tapılmasına ehtiyac duyulduğu da qeyd olunub.

Oğlan uşaqlarının mobil telefona marağı qızlara nisbətən daha çoxdur. Elm Texnologiyaları  Müəllimləri dərnəyinin başçısı  Çanaqqala Maltəpə orta məktəbinin müəllimi Burcu Yılmaz tərəfindən aparılan araşdırmada Ankarada 5, 6, 7, 8-ci siniflərdə oxuyan 2002 nəfər şagird iştirak edib. Araşdırmada mobil telefonu olan 1 387 şagirdin telefondan problemli istifadəsi, texnoloji asılılığı, ətrafına qarşı laqeydliyi məlum olub. Həmçinin məlum olun ki, orta məktəb şagirdlərinin 69%-i mobil telefon sahibidir. Onların 92%-i internetə telefon vasitəsilə qoşulur. Xüsusilə də 8-ci sinif şagirdləri gündə 4 saatdan çox telefonla məşğul olur. Telefondan asılılıq oğlan uşaqlarında daha çox müşahidə olunur.

Araşdırmada problemlə bərabər onun bir neçə həlli yolu da göstərilib. Dərslərdə texnologiyadan istifadə üçün fasilə vermək, telefondan çox istifadə olunan məktəblərdə bununla bağlı qaydalar tətbiq etmək,  texnoloji alətlərin istifadə olunmadığı sosial sahələri genişləndirmək də həll yollarından biridir. Texnologiya və media dərslərinin önəmi də nəzərə çatdırılıb. Uşaqlar sadəcə internet istifadəçisi olmalı deyil, yeni proqramlar yaradaraq vaxtlarını daha səmərəli keçirməlidirlər. Bunun üçün onlara bu haqda biliklər verilməli, tez-tez texnologiya yarışları təşkil olunmalıdır.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları