Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-28 11:00:00
İlk sulu salfetin ixtiraçısı Bakıya gələcək

“ASAN Könüllüləri” Təşkilatının tərəfdaşlığı, İstanbul Şehir Üniversitetinin maliyyə dəstəyi, Edex və lB Clubun təşkilatçılığı ilə may ayının 9-da Türkiyənin tanınmış iş adamı ixtiraçı, yazar Ataman Özbayın ölkəmizdə “Hayat, Mutluluk, Başarı” adlı seminarı baş tutacaq.

AzEdu.az Trend-ə əsasən məlumat verir ki,  iş adamı öz uğur hekayəsini iştirakçılarla bölüşəcək.

Ataman Özbay Türkiyədə ilk sulu salfetin və onun istehsalını həyata keçirən aparatın yaradıcısıdır. Bundan sonra Özbay dünyada ilk dəfə mentollu sulu salfet, rəngli asiton, göz təmizləmə bandı, saç yuma bonesi kimi bir çox məhsulun ixtiraçısı kimi tanınır.

Tanınmış iş adamı Şelale, Premax, Lemonni, Uni Wipes, Uni Med, Uni Baby, Mentholix, Wogi, Woc, Comfort, Uni Care kimi şirkət və markaların yaradıcısıdır.

Qeyd edək ki,8 yaşında iş hayatına başlayıb.  ilk təhsilini isə Yenituran orta məktəbində alan yazar İzmit liseyinin məzunu  olub. Sonra Mərmərə Universitetinin Əczaçılık Fakültəsində ali təhsil alıb.