İnsan beyninin konfabulator, təhkiyəçi, illuzionist kimi bir çox bacarıqları haqqında bildiyiniz bütün məlumatların yanlış olduğu iddia edilir.
AzEDU.az xəbər verir ki, müasir psixologiya və neyronevrologiyanın tükənmək bilməyən müddəaları sırasına bu da əlavə olundu.
"Guardian” yazarlarından və eyni zamanda bookstagram (instagrama qoşulmuş kitab bloqqeri-red.) fəaliyyəti ilə tanınan Nik Çater insanın mənəvi dünyası ilə bağlı yeni fikirlər, daha doğrusu, doğru bildiyimiz yanlışları düzəldən və bizi beynin həqiqi imkanları ilə tanış edəcək kitabları təqdim edib. Bu kitablara dünyanın etibar etməsinin əsas səbəbi isə elmin bir ədibin fantaziyası ilə yox, bir alimin ədəbi ifadə yolları ilə təqdim olunmasıdır. Geniş izahatlarla dərginin internet ünvanında tanış ola bilərsiniz. Biz isə qısa siyahını təqdim edirik.