Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-21 16:50:57
Qəbul imtahanlarında bu kənd məktəbləri yüksək nəticələrlə fərqlənib

2018-ci ildə ölkənin 3222 məktəbinin məzunları I–IV ixtisas qrupları üzrə qəbul imtahanlarında iştirak edib.

AzEdu.az  xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının 12-ci sayında bildirilib. 

600 bal toplayan məzunlar bu məktəblərin yalnız 35.72%-nin təmsilçiləridir. Sayı 1151 olan bu məktəblərin 103-ü (8.95%-i) liseylər və gimnaziyalardır ki, 600 ballıların da 27.95%-i onların məzunlarıdır.

Kənd rayonlarının məktəbləri arasında fərqlənən məktəblər kimi bu il Şəmkir rayonu Düyərli kənd 1 saylı, Tovuz rayonu Alakol kənd, Şəki rayonu Baş Zəyzid kənd və Culfa rayonu Yaycı kənd 1 saylı tam orta məktəblərini göstərmək olar.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları