Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-18 14:15:00
5 dahinin həyat kəlamları  
Pablo Pikasso
 
1881-1973-cü illərdə yaşayan məşhur rəssam Pablo Pikasso, tələbəlik illərində riyaziyyatla bağlı maraqlı problem yaşayıb.
 
O, hər dəfə dərsdə "4” rəqəmi ilə qarşılaşanda, onu önə doğru fırlanan burun kimi təsəvvür edir, sifətin digər üzvlərini də çəkərək, buruna uyğunlaşdırırmış. Beləliklə,  dərsdə qarşısına "4” rəqəmi çıxan kimi insan siması çəkirmiş, buna görə də, fikrini heç vaxt riyaziyyat dərsinə verə bilməyib.
 
 
Müəllimi bu vərdişi ona tərgidə bilməyib. Hər dəfə Pikasso "4” görəndə özünə əngəl ola bilmədiyini, bunu xüsusi şövqlə həyata keçirdiyini, həmin vaxt gözünün başqa heç nə görmədiyini əsas gətirirmiş.
 
Xəyal gücü olduqca geniş olan bu tələbə, sonrakı illərdə etdiyi böyük işlər sayəsində dünya sənət tarixində mühüm yer tutub.
 
Pablo Pikasso 75 yaşında vəfat edib və özündən sonra 240 min sənət əsəri qoyub. Bütün həyatını hesablasaq, məşhur rəssam orta hesabla hər gün 9 əsər çəkmiş olub.
 
 
 
Yohann Volfqanq Höte
 
1749-1832-ci illərdə yaşayan alman ədəbiyyatının dünyaya səs salan məşhur siması Höte, dostlarının "sən artıq yoruldun, istirahət et” sözlərinə belə cavab verir: "Mən yorulmaram, istirahət üçün qarşımda böyük və rahat bir ədəbiyyat var”.
 
 
İndira Qandi
 
Hindistanın baş naziri İndira Qandi bir gün nitq söyləyərkən çox çalışmaqla bağlı maraqlı bir xatirəsini bölüşür: "Babam həyatda iki cür insan olduğunu deyərdi. İş görənlər və görülən işdən özünə pay çıxaranlar. O, mənim birinci qrupda yer almağımı arzuladı. Çünki orada digərindən daha az rəqabət var idi”.
 
 
 
Franklin D. Ruzvelt.
 
ABŞ-da Franklin D. Ruzveltdən başqa heç vaxt heç bir siyasi xadim yüksək prezident postuna dalbadal dörd müddətə seçilməmişdir. "Bizim, qorxunun özündən başqa qorxacağımız heç nə yoxdur” ifadəsini Ruzvelt böyük depressiyanın nəticələri haqqında söhbət getdikdə dəfələrlə təkrar edirdi. O, eksperimentlərə cəsarətlə gedir, yeni formalar axtarırdı.
 

1882-1945-ci illər arasında yaşayan Ruzvelt, 39 yaşında iflic olmuş, yeriyə bilməmişdi. Amma bu, onun uğur nərdivanlarını qalxmasına maneə ola bilməyib.  

Amerikanın 32-ci prezidenti olan Ruzveltin xeyli hərəkətli keçən prezdientlik dövrünə ikinci dünya müharibəsi də daxil olur. Bu qədər problemin, qarışıqlığın içində necə güclü qaldığını isə belə izah edib: "Cənablar, bu dəqiqə bir ayağının baş barmağını hərəkət etdirmək üçün 2 il vuruşan birinə baxırsınız. Uğuru görmək üçün bir insanın çıxdığı zirvəyə yox, o zirvəyə gələnə qədər verdiyi zəhmətə diqqət etmək lazımdır”.
 
 
Leonardo da Vinçi
 

Avropa İntibah dövründə yaşamış ensiklopedik alim, riyaziyyatçı, mühəndis, ixtiraçı, rəssam, heykəltəraş, memar, musiqiçi və yazıçı Leonardo da Vinçi, İtaliya İntibahının rəmzi sayılan "Universal insan” tipinin ən parlaq nümayəndəsidir.  Bu məşhur sənətçinin həyatda yaşanan çətinliklərə dair fikirləri belədir:

"Maneələr, çətinliklər məni təhdid edə bilməz”.
 
"Hər bir maneə məni qaçılmaz bir dəyişimə gətirib çıxarır”.
 
Deyilənlərə görə, Leonardo solaxay olub. O, həm sağ, həm də sol əli ilə yaza və ikisini də birdən işlədə bilirdi. Məlumatların çoxunda onun vegetarian olduğu göstərilir.

Bu sözlər də da Vinçiyə aiddir: "Əgər insan özü azadlığa can atırsa, nəyə görə o, quşları və heyvanları qəfəsə salır? Mən gənc yaşımda ətdən imtina etdim. Düşünürəm ki, insan dünyada ən böyük yırtıcıdır, çünki o, hər şeylə pis davranır. Biz başqalarını öldürərək yaşayırıq. Biz, qəbiristanlığa gedən insanlar! (Kaspi.az)