![](https://azedu.az/uploads/news/2018/04/auditoriya_220420181524416873.jpg)
Səhiyyə Nazirliyi rezidenturada həkim-mütəxəssislərin hazırlığını aparan təhsil müəssisələrinin siyahısının təsdiq edib.
AzEdu.az Trend-ə istinadən xəbər verir ki, səhiyyə naziri səlahiyyətlərini icra edən Oqtay Şirəliyev tərəfindən bununla bağlı verilmiş əmrə əsasən, rezidenturada həkim-mütəxəssislərin hazırlığını aparan təhsil müəssisələri Azərbaycan Tibb Universiteti, Ə.ƏIiyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu və Naxçıvan Dövlət Universitetidir.
Əmrdə qeyd edilir ki, hazırda həkim-mütəxəssislərin hazırlığını aparan klinik bazalara rezidentura təhsili üzrə metodik rəhbərlik cari tədris ilindən başlayaraq Azərbaycan Tibb Universitetinin Rezidentura şöbəsinə həvalə edilsin. Siyahıda təsdiq edilən təhsil müəssisələrinin rəhbərlərinə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi (Naxçıvan Dövlət Universitetinə münasibətdə Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi) ilə razılaşdırılmaqla həkim-mütəxəssislərin təhsil proqramlarına uyğun hazırlığının aparılması üçün müvafiq kadr potensialına və maddi-texniki bazaya malik olan səhiyyə və elm müəssisələri ilə müqavilə bağlamaq səlahiyyəti verilib.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)