https://www.zirve.edu.az/
22.04.2018 17:49
Müharibə DƏHŞƏTİ: Bu ölkədə 2 milyon uşaq məktəbə getmir

Suriyada bəzi uşaqların bütün həyatı demək olar ki, müharibə şəraitində keçib. Müharibədən qaçanlar belə eyni şəraitdə yaşayır. Ekspertlərin dediyinə görə, uzun müddət davam edən müharibənin Suriyanın yeni nəslini fiziki və zehni inkişafına, eləcə də təhsil səviyyəsinə mənfi təsir göstərir. Vaşinqtonda keçirilən forumda suriyalı uşaqların taleyi müzakirə edilib.

Hesablamalara görə, Suriyada təxminən 2 milyon uşaq məktəbə getmir və ölkədən qaçan 1 milyona yaxın uşaq da lazımi təhsili almır. Suriyada məktəbə gedən uşaqların yarısı özlərini təhlükəsiz hiss etmədiklərini deyir. Humanitar yardım işçiləri bu uşaqlardan bəzilərinin dediklərini yazıya alıb. “Save the Children” - "Uşqaları qoruyun" təşkilatından Emi Riçmond: “12 yaşlı Abud həmişə qəzəbli olduğunu, Hələbdən olan 8 yaşlı Rihab məktəbə bomba hücumlarından qorxduğu üçün getmədiyini, 12 yaşlı Aliyə isə hava hücumlarının çox tez-tez olduğunu deyib.”

Emi Riçmond İordaniyaya, Livana və Türkiyəyə qaçan və məcburi köçkün olan suriyalı uşaqlarla işləyir. “Save the Children” təşkilatının təxminlərinə görə, hər saat 250 uşaq ailəsi ilə birlikdə qaçmalı olur. Bunun onlara psixoloji təsiri, zorakılıqların şahidi olmaları və bununla yanaşı, öz yerlərindən köçmələri bizim toksik stress adlandırdığımız vəziyyətə gətirib çıxarır.”

Ekspertlərin dediyinə görə, stress və travma uşaqların fiziki və əqli inkişafına təsir göstərir, bu isə uşaqların təhsil almasını çətinləşdirir. Suriyadakı müharibə demək olar ki, hər uşağa bir şəkildə təsir edib. Sağ qalanlar ailələrinin ən azı bir üzvünü itirib. Düşərgələrdəki uşaqlar tez-tez təhqirlərə və zorakılıqlara məruz qalır. Suriya-Amerika Tibb Cəmiyyətindən Məhəmməd Xalid Həmzə: “Belə bir sual doğur: təhqir davam edirsə, müəllimin və ya həkimin etdiklərinin effekti olurmu? Hər cür zorakılıq, ağır istismar və bu kimi hallar davam edir.”

ABŞ Dövlət Departamenti məktəb yaşlı uşaqların reabilitasiyasına yardım mərsədilə Suriyanın şimal-şərq bölgəsindəki yerli icmalarla işləyir. Rəsm və rəqs kimi dərslər uşaqların ağrılarının yüngülləşdirilməsinə yardım edir. Onlara habelə sinifdə biri-biriləri ilə davranış qaydaları öyrədilir. Dövlət Departamentindən Katrin Bo-Maron: “Bütün günü küçələrdə qaçan uşaqları 7-8 saat sinif otağında oturtmaq çox çətindir. Ona görə də məktəbə göndərilməzdən əvvəl onların əqli problemləri, aldıqları travma müalicə olunmalıdır.”

Ekspertlər xəbərdarlıq edir ki, Suriyada münaqişə müharibə başa çatdıqdan sonra yenidənqurmaya ehtiyac olan ölkədə “itkin nəsli” nəslin yaranmasına gətirib çıxarır.("Amerikanın səsi")