https://www.zirve.edu.az/
20.04.2018 17:23
Bakı məktəbliləri üçün robototexnika təlimləri başladı

Qərbi Kaspi Universitetinin (Western Caspian University) Yüksək Texnologiyalar Parkı (Texnopark) Bakı məktəbliləri üçün robototexnika təlimlərinə başlayıb.

AzEDU.az xəbər verir ki, təlimlər bu ali məktəbin mütəxəssisləri və Texnoparkın nəzdində yaradılmış Robototexnika Klubunun üzvü olan tələbələr tərəfindən 9-11-ci sinif şagirdləri üçün ödənişsiz aparılır. Təlimlərdə məktəblilərə “Lego Ev 3” platforması və “Arduino” texnologiyası üzərində işləməyə imkan yaradılacaq.

Qeyd edək ki, universitetinin mütəxəssisləri aprel ayından regionlarda da məktəblilər üçün təlimlər keçirlər.

Qərbi Kaspi Universitetində bu tədris ilindən mühəndislik ixtisasları üzrə kadr hazırlığı aparılır. Universitetdə bu məqsədlə Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi, eləcə də Texnopark fəaliyyət göstərir. Texnoparkda biznes-inkubasiya mərkəzi, texnoloji transfer ofisi, mexatronika və robototexnika laboratoriyası, ideya bankı və başqa mərkəzlər var. Burada orta məktəb şagirdləri də müxtəlif layihələrə, praktik çalışmalara cəlb edilir. Texnopark tərəfindən həyata keçirilən “Vooby” layihəsi bu günlərdə Türkiyədə keçirilən beynəlxalq müsabiqənin finalına vəsiqə qazanıb.