![](https://azedu.az/uploads/news/2019/05/azedu.az_Musiqi-muellimleri-ucun-Diaqnostik-Qiymetlendirme_136.jpg)
Naxçıvan Muxtar Respublikasında musiqi müəllimlərinin diaqnostik qiymətləndirilməsi aparılacaq.
AzEdu.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Baş Naziri Əlövsət Baxşıyev “Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət musiqi təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında qərarı imzalayıb.
Qərara əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və diplom almış şəxslərin orta ixtisas musiqi təhsili müəssisələrində, ali və ya orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və diplom almış şəxslərin uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində işə qəbulu üzrə müsabiqənin keçirilməsini təmin etməlidir.
Qərara görə, müəllimlərin dövlət musiqi təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Nazirlik tərəfindən müsabiqə yolu ilə həyata keçiriləcək. Müsabiqə test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Eyni zamanda müəssisələrdə kitabxana informasiya ixtisası üzrə işə qəbul və qiymətləndirmə yalnız test imtahanı vasitəsilə aparılacaq.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)