Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-16 12:10:16
Peşə təhsili ilə bağlı qanun layihəsi son müzakirəyə çıxarılacaq

Milli Məclisin Elm və təhsil komitəsi “Peşə təhsili haqqında” qanun layhəsinin III oxunuşda müzakirəsi üçün parlamentin plenar iclasında təqim etməyi nəzərdə tutur.

AzEDU.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti İsa Həbibbəyli deyib.

Komitə sədri bildirib ki, layihənin II oxunuşu üçün müzakirələr zamanı bəzi mübahisəli məsələlər üzrə araşdırmalar aparılıb və onun əsasında yekun sənəd hazırlanıb.

İ.Həbibbəyli qeyd edib ki, “Peşə təhsili haqqında” qanun layihəsi 4 dəfə Elm və təhsil komitəsində, 2 dəfə Milli Məclisin plenar iclasında müzakirə edilib:

“Bu layihə üzərində aylarla iş aparmışıq. II oxunuşdan sonra layihə üzərində apardığımız iş isə yalnız təkmilləşdirmə ilə bağlı olub. Burada bəzi məqamlar dəqiqləşdirilib, oxşar məqamlar sistemləşdirilib, ümumilikdə layihə hüquqi cəhətdən daha dəqiq ifadə edilib. Hesab edirəm ki, bu layihə Azərbaycanda peşə təhsilinin inkişafına stimul verə biləcək”.