Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-09 13:47:19
UNEC-də yeni laboratoriya yaradılacaq

Türkiyənin Ankara Universitetinin mühəndislik fakültəsinin dekanı, professor Aziz Tekin, Türk Əməkdaşlıq və İnkişaf Agentliyinin (TİKA) Bakıda proqram əlaqələndiricisi Adem Urfa və təşkilatın əməkdaşları Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olublar.

Azedu.az xəbər verir ki, qonaqlar bu ali məktəbin texnologiya və dizayn fakültəsinin dekanı, professor Vəkil Hüseynov, əmtəəşünaslıq fakültəsinin dekanı, dosent Tofiq Osmanov və qida məhsullarının texnologiyası kafedrasının müdiri Mehriban Məhərrəmova ilə görüşüblər.

Görüşdə UNEC-də qida laboratoriyasının yaradılması müzakirə edilib. Bu sahədə qardaş ölkənin təcrübəsindən faydalanmağın əhəmiyyəti vurğulanıb. Qonaqlar UNEC-də tədris olunan fənn proqramları, metodik göstərişlər, dərslik və aparılan tədqiqatlarla tanış olublar.