Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-09 06:33:12
Fin təhsilinin möcüzəsi - Burada şagirdlər dərs öyrənmirlər

Dünyanın ən yaxşı təhsil sistemləri arasında yer alan ölkələrdən biri də Finlandiyadır. Cənubi Koreya, Yaponiya, Sinqapur və Honq Konqdan sonra güclü təhsil sisteminə malik beşinci ölkədir. Təhsil haqqının alınmadığı ölkədə illik  təhsil büdcəsi  11.1 milyard avrodur.

AzEDU.az Finlandiyanı fərqləndirən 9 kriteriyanı təqdim edir:

Finlandiyada məktəbə başlama yaşı 7-dir;

Təhsildə tədris planı sadə və ümumi bir çərçivədən ibarətdir;

Fin tələbələrə təhsil həyatlarının ilk altı ilində heç bir qiymət verilmir;

Müəllimlər gün ərzində  orta hesabla dörd saat dərs keçirlər;

Bütün müəllimlərin ən az magistr dərəcəsi vardır;

Finlandiyada özəl məktəb yoxdur və təhsil xərcləri dövlət tərəfindən qarşılanır;

Öyrənmək yeri ancaq məktəbdir. Buna görə də şagirdlərə evə tapşırıq verilmir;

Bir çox Avropa ölkəsi və Amerikayla müqayisədə Finlandiyada təhsilə ayrılan büdcənin daha çoxu sinif mühitinə ayrılır;

Fin məktəblərində idmana çox yer verilir;

Əsmər Qabil