Azedu.az

Tələbəni maşın vurdu

9 Aprel 2018, 05:05
Tələbəni maşın vurdu

Gəncədə yolu keçmək istəyən piyadanı maşın vurub.

Azedu.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin şərq çıxışında, avtovağzalın yaxınlığında qeydə alınıb.

Yevlax rayon sakini, Mingəçevir Turizm Kollecinin tələbəsi, 2000-ci il təvəllüdlü Əlizadə Rəhman Zaur oğlu işlədiyi yerdən çıxıb yolu keçmək istəyərkən “Mercedes” markalı avtomobil tərəfindən vurulub. O dərhal xəstəxanaya çatdırılıb. Vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Bir neçə saata Yaxın Şərqdə tarixin ən böyük müharibəsi başlayacaq
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox