Azedu.az

2027-ci il üçün XƏBƏRDARLIQ: Ən isti il ola bilər

Maraqlı

21 Avqust 2026, 13:20
2027-ci il üçün XƏBƏRDARLIQ: Ən isti il ola bilər

Böyük Britaniyanın Meteorologiya İdarəsi (Met Office) Sakit okeanda inkişaf edən El-Ninyo hadisəsinin son onilliklərin ən güclü səviyyələrindən birinə çata biləcəyi barədə xəbərdarlıq edib.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, alimlərin proqnozuna görə, iqlim dəyişikliyi ilə birlikdə El-Ninyo 2027-ci ili rekord səviyyədə ən isti il edə bilər.

Hazırda Sakit okeanın müəyyən hissələrində dəniz səthinin temperaturu normadan 2 dərəcədən çox yüksəkdir. Met Office-in hesablamalarına görə, El-Ninyonun pik dövründə temperatur fərqi 3 dərəcəni keçə bilər. Bəzi tədqiqat qrupları isə daha güclü, 4 dərəcəyə çatan hadisə ehtimalını nəzərdən keçirir.

El-Ninyo okeanın səthində isti suyun şərqə doğru yayılması ilə müşayiət olunan təbii iqlim hadisəsidir. Bu proses qlobal temperaturu yüksəldə və yağıntı rejimlərini dəyişə bilər.

Hadisənin təsirlərinin artıq hiss olunduğu bildirilir. Hindistanda musson yağışlarının azalması, Avstraliyada quraqlıq və meşə yanğınları riskinin artması, Peru, Ekvador və ABŞ-ın cənubunda isə daşqın təhlükəsinin yüksəlməsi mümkün təsirlər sırasında göstərilir.

Met Office-in iqlimşünası doktor Nik Dunstone 2027-ci ilin 2024-cü ilin temperatur rekordunu geridə qoymasının çox mümkün olduğunu bildirib. İqlimşünas Zeke Hausfather isə hadisənin daha da güclənəcəyi təqdirdə onun son 500-1000 ilin ən güclü El-Ninyo hadisələrindən biri ola biləcəyini istisna etməyib.

Fidan Şahkərəmova

Putin təcili əmr verdi - Azərbaycanlılar zorla orduya çağırılır!
SORĞU
İxtisas seçimində ilk sıraya hansı universiteti yazmısınız?
Səs ver
Son xəbərlərDaha çox