Azedu.az

Qənirə Paşayevaya həsr olunan beynəlxalq tədbir keçiriləcək

AzEdu Təhsil Platforması

21 Avqust 2026, 10:13
Qənirə Paşayevaya həsr olunan beynəlxalq tədbir keçiriləcək

Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi Türk Akademisyenler Birliyinin təşkilatçılığı ilə keçiriləcək beynəlxalq konqresdə iştirak edəcək.

AzEdu.az xəbər verir ki, “Ganira Paşayeva və Türk Dünyası: Ədəbiyyat, Mədəniyyət, Siyasət və Birlik İdealı” mövzusunda beynəlxalq konqres 27–28 sentyabr 2026-cı il tarixlərində keçiriləcək.

Təşkilatdan verilən məlumata görə, konqres Qənirə Paşayevanın Türk dünyasının ədəbi, mədəni və siyasi əlaqələrinin inkişafında göstərdiyi fəaliyyətə, onun Türk dünyasının birliyi ideyasına verdiyi töhfələrə həsr olunacaq.

Beynəlxalq tədbirdə Türk dünyasının müxtəlif ölkələrindən alimlərin, akademiklərin, tədqiqatçıların və ictimaiyyət nümayəndələrinin iştirakı gözlənilir.

Qeyd edək ki, Qənirə Paşayeva Türk dünyasının birliyi və Azərbaycan-Türk dünyası əlaqələrinin inkişafı istiqamətində fəaliyyəti ilə tanınıb. 

Rusların Bakıya sürətli axını: Bu tarixdən sonra... - KRİTİK ANONS
SORĞU
İxtisas seçimində ilk sıraya hansı universiteti yazmısınız?
Səs ver
Son xəbərlərDaha çox