Hüquqşünaslıq ixtisası hər il III ixtisas qrupunun ən prestijli və yüksək rəqabət olan ixtisaslarından biri hesab olunur.
Son illərdə bu ixtisasa marağın artması keçid ballarında da özünü göstərir.
AzEdu.az hüquqşünaslıq ixtisasının son üç tədris ili üzrə keçid ballarını müqayisə edib.
Bakı Dövlət Universiteti
2023-2024-cü tədris ili:
Hüquqşünaslıq (əyani) - 556.3
Hüquqşünaslıq (qiyabi) - 505.4
Hüquqşünaslıq (tədris ingilis dilində) - 630.3
2024-2025-ci tədris ili:
Hüquqşünaslıq (əyani) - 612.8
Hüquqşünaslıq (qiyabi) - 537.7
Hüquqşünaslıq (tədris ingilis dilində) - 660.3
2025-2026-cı tədris ili:
Hüquqşünaslıq (əyani) - 621.7
Hüquqşünaslıq (qiyabi) - 566.2
Hüquqşünaslıq (tədris ingilis dilində) - 664.5
Ümumilikdə 2023-2024-cü ildən 2024-2025-ci ilə əyani təhsil üzrə 56.5 bal, qiyabi üzrə 32.3 bal, ingilis dilində təhsil üzrə isə 30 bal artım olub. 2024-2025-ci ildən 2025-2026-cı ilə isə əyani təhsil üzrə keçid balı 8.9 bal, qiyabi üzrə 28.5 bal, ingilis dilində təhsil üzrə 4.2 bal yüksəlib.
Dövlət İdarəçilik Akademiyası:
2023-2024-cü tədris ili:
Hüquqşünaslıq (əyani) - 627
2024-2025-ci tədris ili:
Hüquqşünaslıq (əyani) - 659
2025-2026-cı tədris ili:
Hüquqşünaslıq (əyani) - 655.4
Akademiyada hüquqşünaslıq üzrə keçid balı 2023-2024-cü ildən 2024-2025-ci ilə 32 bal artıb. Lakin 2024-2025-ci ildən 2025-2026-cı ilə 3.6 bal azalıb.
ADA Universiteti
2023-2024-cü tədris ili:
Hüquqşünaslıq (tədris ingilis dilində) - 566.4
2024-2025-ci tədris ili:
Hüquqşünaslıq (tədris ingilis dilində) - 627.4
2025-2026-cı tədris ili:
Hüquqşünaslıq (tədris ingilis dilində) - 633.6
ADA Universitetində hüquqşünaslıq üzrə keçid balı 2023-2024-cü ildən 2024-2025-ci ilə 61 bal yüksəlib. 2024-2025-ci ildən 2025-2026-cı ilə isə daha 6.2 bal artıb.
Milli Aviasiya Akademiyası
2023-2024-cü tədris ili:
Hüquqşünaslıq (əyani) - 532.4
Hüquqşünaslıq (qiyabi) - 483.9
2024-2025-ci tədris ili:
Hüquqşünaslıq (əyani) - 583.8
Hüquqşünaslıq (qiyabi) - 514.7
Hüquqşünaslıq (tədris ingilis dilində) - 597
2025-2026-cı tədris ili:
Hüquqşünaslıq (əyani) - 602.9
Hüquqşünaslıq (qiyabi) - 561.2
Hüquqşünaslıq (tədris ingilis dilində) - 618.5
Milli Aviasiya Akademiyasında əyani təhsil üzrə keçid balı 2023-2024-cü ildən 2024-2025-ci ilə 51.4 bal, 2024-2025-ci ildən 2025-2026-cı ilə isə 19.1 bal artıb. Qiyabi təhsil üzrə artım müvafiq olaraq 30.8 və 46.5 bal təşkil edib. İngilis dilində təhsil üzrə isə 2024-2025-ci ildən 2025-2026-cı ilə 21.5 bal artım qeydə alınıb.
Dövlət Gömrük Komitəsinin Akademiyası
2023-2024-cü tədris ili:
Hüquqşünaslıq (əyani) - 542.5
2024-2025-ci tədris ili:
Hüquqşünaslıq (əyani) - 598.4
2025-2026-cı tədris ili:
Hüquqşünaslıq (əyani) - 607.9
Akademiyada hüquqşünaslıq üzrə keçid balı 2023-2024-cü ildən 2024-2025-ci ilə 55.9 bal, 2024-2025-ci ildən 2025-2026-cı ilə isə 9.5 bal yüksəlib.
Naxçıvan Dövlət Universiteti
2023-2024-cü tədris ili:
Hüquqşünaslıq (əyani) - 519.3
Hüquqşünaslıq (qiyabi) - 449.2
2024-2025-ci tədris ili:
Hüquqşünaslıq (əyani) - 574.6
Hüquqşünaslıq (qiyabi) - 497.2
2025-2026-cı tədris ili:
Hüquqşünaslıq (əyani) - 577.1
Hüquqşünaslıq (qiyabi) - 547.2
Naxçıvan Dövlət Universitetində əyani təhsil üzrə keçid balı 2023-2024-cü ildən 2024-2025-ci ilə 55.3 bal, 2024-2025-ci ildən 2025-2026-cı ilə isə 2.5 bal artıb. Qiyabi təhsil üzrə isə keçid balı birinci ildə 48 bal, növbəti ildə isə 50 bal yüksəlib.
Qarabağ Universiteti
2024-2025-ci tədris ili:
Hüquqşünaslıq (əyani) - 609.4
2025-2026-cı tədris ili:
Hüquqşünaslıq (əyani) - 590.8
Qarabağ Universitetində 2024-2025-ci tədris ili ilə müqayisədə 2025-2026-cı tədris ilində keçid balı 18.6 bal azalıb.