Azedu.az

BMU komandası beynəlxalq festivalda gümüş medala layiq görülüb

Ali təhsil

20 Avqust 2026, 12:55
BMU komandası beynəlxalq festivalda gümüş medala layiq görülüb

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Kaliforniya ştatında keçirilən “Silicon Valley International Invention Festival - SVIIF 2026” beynəlxalq innovasiya festivalında Bakı Mühəndislik Universitetinin (BMU) təmsil olunduğu Azərbaycan nümayəndə heyəti yüksək nəticə əldə edib.

AzEdu.az xəbər verir ki, festivalda BMU-nu SABAH əməkdaşı və universitet üzrə mentor Sevinc Əliyeva və BMU tələbəsi Ləman Səfərli təmsil ediblər. Onların təqdim etdiyi “AINOS” layihəsi beynəlxalq münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilərək SVIIF 2026-nın gümüş medalına layiq görülüb.

Dünyanın 30-dan çox ölkəsindən 500-dən artıq ixtiraçının iştirak etdiyi müsabiqədə Azərbaycanı təmsil edən 8 layihənin hər biri mükafat qazanıb. Azərbaycan komandaları festivalı 3 qızıl, 3 gümüş və 2 bürünc medalla başa vurub. Eyni zamanda, ölkəmizin nümayəndə heyəti festivalın xüsusi mükafatlarından biri olan “Semi-Grand Prix”ə layiq görülüb.

Azərbaycan nümayəndə heyətinin uğurlu nəticəsi Santa Klara şəhərinin meri Lisa M. Gillmor və Beynəlxalq İxtiraçılar Assosiasiyaları Federasiyasının (IFIA) prezidenti Alireza Rastegarın da diqqətini çəkib. Onlar nümayəndə heyətini qazandıqları nəticələr münasibətilə təbrik ediblər.

Qeyd edək ki, nümayəndə heyətinin SVIIF 2026-da iştirakı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilib. Festivalda süni intellekt, rəqəmsal texnologiyalar, məlumatların emalı və innovativ mühəndislik həllərini əhatə edən layihələr təqdim olunub. BMU komandasının qazandığı mühüm nailiyyət universitet tələbələrinin innovasiya və texnologiya sahəsində beynəlxalq rəqabət qabiliyyətinin növbəti göstəricisidir.

Kremlin tulaları Bakıya qarşı hücuma keçdi - Nələr olacaq?
SORĞU
İxtisas seçimində ilk sıraya hansı universiteti yazmısınız?
Səs ver
Son xəbərlərDaha çox