Azedu.az

Türkiyə də faciə: Bir ailədən üç gəncin meyiti tapıldı

Hadisə

21 Avqust 2026, 10:05
Türkiyə də faciə: Bir ailədən üç gəncin meyiti tapıldı

Türkiyədə çimərlikdə üç nəfərin meyiti tapılıb. Polis onların hamısının eyni ailənin üzvləri olduğunu müəyyən edib.

AzEdu.az xəbər verir ki, bu barədə "TRT Haber" telekanalı məlumat verib.

Qeyd edilib ki, dalğa əvvəlcə iki qadının, daha sonra isə bir kişinin meyitini sahilə çıxarıb. Şahidlər baş vermiş hadisə barədə fövqəladə xidmətlərə bildiriblər, əraziyə tibb işçiləri, polis və sahil mühafizəsinin əməkdaşları gediblər.

Ölənlərin şəxsiyyəti müəyyənləşib. Onlar eyni ailənin üzvləridir - Məhəmməd Əli Sakar (17 yaş), Gülşah Sakar (24 yaş) və Belinay Sakar (15 yaş).

Daha əvvəl itkin düşmüş kimi qeydiyyata alınan dördüncü bacı Bilgenur Sakar isə axtarış əməliyyatı nəticəsində sağ tapılıb.

Rusların Bakıya sürətli axını: Bu tarixdən sonra... - KRİTİK ANONS
SORĞU
İxtisas seçimində ilk sıraya hansı universiteti yazmısınız?
Səs ver
Son xəbərlərDaha çox