Azedu.az

V qrupu seçənlərin DİQQƏTİNƏ - Ən çox qəbul şansınız bu universitetlərdədir

Ali təhsil

20 Avqust 2026, 15:31
V qrupu seçənlərin DİQQƏTİNƏ - Ən çox qəbul şansınız bu universitetlərdədir

V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə ayrılan plan yerlərinin sayı açıqlanıb.

Açıqlanan rəqəmlərə əsasən, ən çox plan yeri Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına ayrılıb. Bu ali təhsil müəssisəsində 1600 plan yeri nəzərdə tutulub. Ən az plan yeri isə Sumqayıt Dövlət Universitetinə ayrılıb. Universitet üzrə plan yeri sayı 20-dir.

AzEdu.az V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə ayrılan plan yerlərini çoxdan aza doğru sıralayıb.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası - 1600

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti - 340

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası - 285

Naxçıvan Dövlət Universiteti - 276

Gəncə Dövlət Universiteti - 265

Azərbaycan Dövlət Pedaqoji Universiteti - 210

Azərbaycan Memarlıq və İnşaat Universiteti - 200

Azərbaycan Milli Konservatoriyası - 191

Bakı Mühəndislik Universiteti - 175

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) - 175

Bakı Musiqi Akademiyası - 151

Qarabağ Universiteti - 142

Azərbaycan Texnologiya Universiteti (Gəncə) - 140

Bakı Xoreoqrafiya Akademiyası - 125

ADA Universiteti - 80

Kaspi Universiteti - 80

Lənkəran Dövlət Universiteti - 75

Xəzər Universiteti - 70

Odlar Yurdu Universiteti - 70

Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə) - 35

Bakı Dövlət Universiteti - 30

Sumqayıt Dövlət Universiteti - 20

Elçibəy davası pik həddə çatdı - Nemət Pənahlıdan şok açıqlamalar
SORĞU
İxtisas seçimində ilk sıraya hansı universiteti yazmısınız?
Səs ver
Son xəbərlərDaha çox