Azedu.az

Universitet diplomları yerini rəqəmsal sertifikatlara verir

Xarici təhsil

21 Avqust 2026, 09:32
Universitet diplomları yerini rəqəmsal sertifikatlara verir

Bu il məktəb və universitetlərdə Süni İntellekt (AI) əsaslı fərdi müəllim-agentlərin (AI tutors) istifadəsində kəskin artım müşahidə olunur.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, beynəlxalq təhsil analitiklərinin son hesabatlarına əsasən, qlobal təhsil sistemində iki böyük trend sürətlə yayılmağa başlayıb.

Məlumata görə, bu il məktəb və universitetlərdə Süni İntellekt (AI) əsaslı fərdi müəllim-agentlərin (AI tutors) istifadəsində kəskin artım müşahidə olunur. Bu texnologiya hər bir tələbənin mənimsəmə səviyyəsinə uyğun fərdi tədris proqramı tərtib etməyə imkan verir.

Paralel olaraq, əmək bazarında da ciddi dəyişikliklərin olduğu bildirilir. Belə ki, ənənəvi 4 illik ali təhsil diplomları ilə yanaşı, konkret praktiki bacarıqları təsdiqləyən 3-6 aylıq rəqəmsal sertifikatlar  "mikro-dərəcələr" (micro-credentials) qlobal miqyasda böyük tələbat görməyə başlayıb. İşəgötürənlər artıq uzunmüddətli nəzəri təhsildən ziyədə, bu cür çevik və hədəfli təlim proqramlarını bitirən mütəxəssislərə üstünlük verirlər.

Rusların Bakıya sürətli axını: Bu tarixdən sonra... - KRİTİK ANONS
SORĞU
İxtisas seçimində ilk sıraya hansı universiteti yazmısınız?
Səs ver
Son xəbərlərDaha çox