Azedu.az

Yeniyetmə cüdoçu dünya çempionu olub

Maraqlı

21 Avqust 2026, 11:21
Yeniyetmə cüdoçu dünya çempionu olub

Azərbaycan cüdoçusu Fərid Rzazadə yeniyetmələr arasında dünya çempionu olub.

AzEdu.az xəbər verir ki, Cüdo Federasiyasından verilən məlumata görə, Ekvadorun Quayakil şəhərində keçirilən dünya çempionatının ilk yarış günündə 50 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finala gedən yolda Süleyman Doğru (Türkiyə), Bekaris Kudaybergen (Qazaxıstan) və Artur Bonatonu (Braziliya) mübarizədən kənarlaşdırıb. Həlledici görüşdə qazaxıstanlı Adiljan Nurbekeni məğlub edən cüdoçumuz qızıl medala sahib çıxıb.

Qeyd edək ki, bu gün Azərbaycanın daha üç yeniyetmə cüdoçusu dünya çempionatında tatamiyə çıxacaq.

Putin təcili əmr verdi - Azərbaycanlılar zorla orduya çağırılır!
SORĞU
İxtisas seçimində ilk sıraya hansı universiteti yazmısınız?
Səs ver
Son xəbərlərDaha çox