Azedu.az

Nəticələr gecikir, seçimlər üst-üstə düşür - Abituriyentləri hansı problemlər gözləyir?

AzEdu Təhsil Platforması

21 Avqust 2026, 11:31
Nəticələr gecikir, seçimlər üst-üstə düşür - Abituriyentləri hansı problemlər gözləyir?

Minlərlə abituriyentin gözü qəbul nəticələrindədir. Dövlət İmtahan Mərkəzi (DİM) builki qəbul nəticələrinin əvvəlki illərlə müqayisədə daha gec - növbəti həftə açıqlanacağını bildirib. Halbuki son üç ildə ixtisas seçiminin nəticələri avqustun 22-si gecə saatlarında elan olunub. Bu səbəbdən nəticələrin builki elan tarixi abituriyent və valideynlər arasında böyük maraq və intizar yaradıb.

Maraqlıdır, nəticələrin bu il əvvəlki illərdən daha gec açıqlanması qəbul prosesinin növbəti mərhələlərinə necə təsir edəcək? Universitetlərdə qeydiyyat, tələbə statusunun rəsmiləşdirilməsi və yeni tədris ilinə hazırlıq prosesində hər hansı gecikmə yarana bilərmi?

AzEdu.az-a mövzu ilə bağlı açıqlama verən təhsil tədqiqiatçısı Elmin Nuri qeyd edib ki, nəticələr gec çıxıb portal qeydiyyatı uzadılsa belə, bu dəfə tələbələrin paytaxta gəlişi, xüsusən də kirayə ev tapmaq məsələsi çətinləşəcək:

"Media və sosial şəbəkələrdə yayılan xəbərlərə əsasən, ixtisas seçimi nəticələrinin gələn həftə açıqlanacağı bildirilir. Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən rəsmi məlumat verilsə də, prosesin daha tez yekunlaşacağına ümid edilir və bu, həm də böyük arzulardandır.

Bunun əsas səbəblərindən biri odur ki, ötən illərdə nəticələr avqustun 22-si gecə saatlarında elan olunmuşdu. Həmin tarix tələbə adını qazanan gənclər üçün yaddaşlarda həyəcanlı və xüsusi bir gün kimi qalıb. Nəticələrin gecikməsi isə bir sıra problemlərə yol aça bilər.

İlk növbədə, minlərlə abituriyent həm yüksek texniki peşə, həm də universitet ixtisas seçimlərində iştirak edib. Yüksək texniki peşə nəticələri avqustun 14-də elan olunub. Qəbul alanların bir çoxu yekun qərar vermək üçün universitet nəticələrini gözləyir. Peşə təhsili üzrə birinci mərhələnin qeydiyyatı avqustun 25-də başa çatır. Əgər nəticələr gələn həftəyə qalarsa, ali təhsildən kənarda qalan gənclərin peşə təhsilinə sənəd təqdim etməyə cəmi 1-2 gün vaxtı qalacaq ki, bu da böyük sıxlığa və çətinliklərə səbəb olacaq"

İkinci vacib məsələ elektron portal qeydiyyatıdır:

"Ali məktəblərə daxil olacaq 60 minə yaxın tələbənin hamısı portalda qeydiyyatdan keçməlidir. Xüsusilə ödənişli əsaslarla qəbul olanlar Təhsil Tələbə Krediti Fondundan yararlanmaq və digər alternativləri dəyərləndirmək üçün vaxta ehtiyac duyurlar. Nəticələrin gecikməsi bu prosesi axsadacaq. Portal qeydiyyatı uzadılsa bile, bu dəfə bölgələrdən gələn tələbələrin paytaxtda kirayə ev tapması çətinləşəcək. Metrolardakı yeniliklər və təmir işləri fonunda gənclər universitetlərə yaxın əraziləri (məsələn, "Elmlər Akademiyası" və "28 May" stansiyalarının ətrafını) seçməyə çalışırlar.

Bundan başqa, proses zəncirvari şəkildə kolleclərə də təsir edir. Universitet nəticələrindən sonra 11 illik baza üzrə kolleclərə və ali məktəblərin boş qalan plan yerlərinə seçimlər başlayır. Nəticələrin yubanması kollec seçimlərinin də gecikməsinə və gənclər arasında müəyyən çaşqınlıqlara səbəb ola bilər.

Bütün bu amillər nəzərə alınaraq, ixtisas seçimi nəticələrinin gələn həftə deyil, məhz bu həftə ərzində elan olunması daha məqsədəuyğundur".

Putin təcili əmr verdi - Azərbaycanlılar zorla orduya çağırılır!
SORĞU
İxtisas seçimində ilk sıraya hansı universiteti yazmısınız?
Səs ver
Son xəbərlərDaha çox