Azedu.az

Universitetlərin akreditasiya sistemi yenilənir

Xarici təhsil

21 Avqust 2026, 09:11
Universitetlərin akreditasiya sistemi yenilənir

ABŞ Təhsil Nazirliyi ölkənin ali təhsil müəssisələrinin keyfiyyətinə nəzarət mexanizmində və akreditasiya sistemində köklü dəyişikliklərə start verib.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, dəyişikliklər təhsilin keyfiyyətinin artırılması və ali məktəblər arasında sağlam rəqabətin təmin edilməsi məqsədini daşıyır.

Nazirliyin yaydığı məlumata görə, yeni qaydalar çərçivəsində akreditasiya sahəsindəki mövcud inhisarların aradan qaldırılması nəzərdə tutulur. Eyni zamanda, universitetlərdə akademik azadlığın, müxtəlif ideoloji baxışların qorunması və təhsil mühitinin sərbəstləşdirilməsi əsas tələblər sırasına daxil edilib.

Yeniliyin ən mühüm məqamlarından biri isə ali məktəblərin qiymətləndirilməsi kriteriyalarının dəyişməsidir. Artıq təhsil müəssisələrinin fəaliyyəti yoxlanılarkən məzunların əmək bazarındakı real uğurları, işlə təmin olunma faizi və qazandıqları nəticələr əsas göstərici kimi götürüləcək.

Rusların Bakıya sürətli axını: Bu tarixdən sonra... - KRİTİK ANONS
SORĞU
İxtisas seçimində ilk sıraya hansı universiteti yazmısınız?
Səs ver
Son xəbərlərDaha çox