Azedu.az

Saakaşvili universitetlərdə mühazirə oxumaqla pul qazanacaq

Ali təhsil

7 Aprel 2018, 20:19
Saakaşvili universitetlərdə mühazirə oxumaqla pul qazanacaq

Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili bundan sonra Niderland Spikerlər Akademiyasında çalışacaq.

 APA-nın məlumatına görə, bu barədə M. Saakaşvili özünün "Facebook" səhifəsində yazıb.

Niderland Spikerlər Akademiyası ilə əməkdaşlıq haqqında anlaşma əldə etdiyini bildirən sabiq prezident Avropada olduğu müddətdə təhsil ocaqlarında məruzə oxumaqla pul qazanacağını deyib.

"Ümid edirəm ki, uzun müddət məruzə oxumaq məcburiyyətində qalmayacağam. Təcrübəmdən məruzələr üçün deyil, oliqarxları hakimiyyətdən uzaqlaşdırmaq və real islahatlar üçün istifadə edəcəyəm", - deyə o vurğulayıb.

300 min azərbaycanlı Ermənistana qayıdacaq - KRİTİK ANONS
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox