![](https://azedu.az/uploads/news/2018/04/152293369479958669_1000x669.jpg)
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin aprelin 5-də keçirilən iclasında “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” müsabiqəsinin nəticələri açıqlanıb.
Azedu.az xəbər verir ki, iclasda AMEA-nın prezidenti, akademik Akif Əlizadə müsabiqədə iştirak etmək üçün namizədliyi irəli sürülmüş alimlər haqqında təqdimatların müvafiq sənədlərlə birlikdə Ekspert Komissiyasına təqdim olunduğunu və Qızıl medala layiq görülən namizədlərin seçilərək onlar haqqında rəylərin Rəyasət Heyətinə təqdim edildiyini bildirib.
Diqqətə çatdırılıb ki, müsabiqənin nəticələrinə görə neft və qaz kondensant yataqlarının kəşfi və işlənilməsi sahəsində elmi konsepsiyanın hazırlanmasına görə akademik Xoşbəxt Yusifzadə və qeyri-xətti plazma nəzəriyyəsi, idarəolunan termonüvə sintezi və kosmik fizika sahəsində elmi konsepsiyanın işlənilməsinə görə Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Roald Saqdeyev “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”na layiq görülüblər.
Rəyasət Heyəti alimlərin medalla təltif olunması və hər birinə on min manat məbləğində pul mükafatının verilməsi barədə qərar qəbul edib.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)