https://www.zirve.edu.az/
19.02.2019 17:16
Azərbaycanlı tələbələr Avropaya Qarabağdan danışdılar
Çap et

Macarıstanın Szeged şəhərində “International Diplomatik Student Association” (Beynəlxalq Diplomatik Tələbə Birliyi)   konfransı keçirilib.

AzEdu.az xəbər verir ki, Macarıstanda ilk dəfə olaraq təşkil edilən konfrans  həmyerlilərimiz Adil Qəhrəmanov  və Fərid Hüseynovun təşkilatçılığı keçirilib. Konfransda müxtəlif universitetlərdən 21 tələbə və tədqiqatçı beynəlxalq münasibətlər, iqtisadiyyat, beynəlxalq hüquq və digər mövzularda 15 dəqiqəlik çıxışlar ediblər.

Həmyerlilərimiz konfransda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çıxış edərək bu məsələ ilə bağlı həqiqətləri  auditoriyaya çatdırmağa çalışıblar.

Adil Qəhrəmanov və Fərid Hüseynov konfransda  Dağlıq Qarabağ münaqişənin tarixi arxa fonu, müharibə dövrü,  eləcə də müharibədən sonrakı sülh danışıqları və onların nəticəsiz qalmasının səbəbləri barədə danışıblar.

Qeyd edək ki, Adil Qəhrəmanov və Fərid Hüseynov Macarıstanın Szeged Universitetində  təqaüd proqramı ilə təhsil alırlar.

Günel Yaşarqızı
Müəllifin digər yazıları